Viza ilə bağlı tez-tez verilən suallar
1. Sənədləri nə qədər öncədən təqdim etmək lazımdır?
Sənədlər səfər tarixinə ən tez 180, ən gec isə 10 təqvim günü qalmış təqdim olunmalıdır ("Təhsil", "Ailə Birliyi" və "İşçi" vizaları üçün isə ən azı 30 təqvim günü qalmış müraciət olunmalıdır). Nəzərə alın ki, sənədlər konsulluq şöbəsinə növbəti iş günü göndərilir.
2. Pasportun etibarlılıq müddəti nə qədər olmalıdır?
Pasportun etibarlılıq müddəti müraciət edilən Şengen vizasının son bitmə tarixindən sonra ən azı 90 gün etibarlı olmalıdır.
3. Əgər mən bir neçə Şengen ölkəsinə ardıcıl olaraq səyahət etməyi planlaşdırıramsa, hansı ölkənin konsulluq şöbəsinə müraciət etməliyəm?
Səyahət müddətində gün etibarilə daha çox qalacağınız ölkənin konsulluq şöbəsinə və ya konsulluq işlərini icra edən müvafiq quruma müraciət etməlisiniz. Əgər iki Şengen ölkəsinə səyahət etməyi düşünürsünüzsə, o zaman ilk giriş edəcəyiniz Şengen ölkəsinin konsulluq şöbəsinə sənədlərinizi təqdim edə bilərsiniz.
4. Əgər mənim etibarlılıq müddəti bitməmiş vizam varsa, lakin pasportumda boş səhifə bitibsə və ya pasportum müəyyən səbəbə görə dəyişilməlidirsə, səyahət etmək üçün nə etməliyəm?
Belə olduqda, Siz yeni pasport aldıqdan sonra köhnə pasportunuzdakı etibarlılıq müddəti bitməmiş viza və yeni pasportunuzla səyahət edə bilərsiniz.
5. Vizanın etibarlılıq müddəti bitibsə, mən İtaliyada və ya üzv ölkədə səyahətimi davam etdirə bilərəm?
Xeyr, vizada göstərilən etibarlılıq tarixi Sizin Şengen ərazisini tərk etməli olduğunuz son tarixdir.
6. Müvəqqəti yaşayış icazəsi (permesso di soggiorno) nədir?
Müvəqqəti yaşayış icazəsi xarici vətəndaşın müraciəti əsasında İtaliya Miqrasiya İdarəsi tərəfindən verilmiş və İtaliya ərazisində rəsmi yaşamağa icazə verən müvafiq sənəddir.
7. Şengen ərazisinə hansı ölkələr daxildir?
Şengen ərazisinə daxil olan ölkələr: Avstriya, Belçika, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç və İsveçrə.
8. Anket 2, yoxsa 4 səhifədə çap edilməlidir?
Siz onu hər iki formada çap edə bilərsiniz. Əgər kağızın hər iki tərəfində çap edirsinizsə, 2 səhifə və ya A4 formatlı kağızın 1 hissəsində çap edirsinizsə, 4 səhifə olacaq. "Anketlər" bölməsinə daxil olaraq anketi yükləyə bilərsiniz.
9. Əgər mən azyaşlı üçün müraciət edirəmsə, onu özümlə gətirmək tələb olunurmu?
Xeyr, bir valideyn tərəfindən notarial təsdiqli səyahət icazə ərizəsi olduğu təqdirdə, digər valideyn azyaşlını gətirmədən sənədləri taqdim edə bilər.
10. Əgər mənə vizaya imtina verilibsə, Konsulluq və xidmət rüsumunu geri ala bilərəm?
Xeyr, Konsulluq və xidmət rüsumu heç bir halda geri qaytarılmır.
11. Mən Viza mərkəzində Konsulluq haqlarını ödəmək üçün hansı valyutadan istifadə etməliyəm?
Siz ödənişləri yalnız manatla həyata keçirməlisiniz.
- Birləşmiş Krallığa viza necə almalı?
- Viza nədir ?
- Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
- Amerikaya viza dəstəyi
- Vizasız ölkələr siyahısı
- Macarıstana necə viza almaq olar?
- Fransa vizası üçün lazım olan sənədlər
- Niyə məhz İngiltərə?
- Avstriyaya viza almağın qaydaları
- Bolqarıstana necə viza almalı?
- Çin vizası haqqında
- Yunanıstan vizası dəstəyi
- Malta vizası dəstəyi
- Taylanda səfər etmək üçün viza tələbləri
- Çexiya vizasının növləri