Viza Dəstəyi almaq

Viza nədir ?

1.VİZA NƏDİR ?
Viza, bir dövlətin xarici nümayəndəlikləri və ya gömrük orqanları vasitəsilə ölkəsinə səyahət edəcək xarici vətəndaşın pasportuna vurulan və həmin vətəndaşın ölkəsinin sərhəd qapısına qədər gedərək sərhəd orqanlarına daxil olmaq üçün müraciət edilə biləcəyini göstərən yazılı icazə sənədidir.

2.VİZA HARADAN ALINIR ?
Vizalar, səyahət ediləcək ölkənin;
1. Səfirliyin Konsulluq Şöbəsindən;
2. Baş Konsulluqdan və ya
3. Konsulluqdan alınır.
4. Bəzi ölkələr, Ştatdankənar (fəxri) Baş Konsulluqları və ya Ştatdankənar (fəxri) Konsulluqları vasitəsilə də viza verə bilir.

3.VİZA ALARKƏN, TƏLƏB OLUNACAQ SƏNƏDLƏR
Viza müraciətində tələb olunan sənədlər ölkədən ölkəyə, səyahətin məqsədi və ya müraciət edənin pasportunun növünə əsasən (diplomatik, xidmət, xüsusi, ümumvətəndaş pasportu və ya səyahət sənədi) dəyişiklik göstərə bilər. Müvafiq nümayəndəlikdən bu barədə məlumat əldə edə bilərsiniz.

4.VİZA MÜRACİƏTLƏRİNDƏ DİQQƏT EDİLƏCƏK NÜANSLAR NƏLƏRDİR?
Viza müraciətində ümumi qayda müraciətin şəxsən edilməsidir.
Pasport təhrif edilməməlidir. Təhrif edilmiş pasporta viza alsanız belə, sərhəddən geri qaytarıla bilərsiniz. Pasportunuzu yeniləməyiniz tövsiyə olunur.
Pasportunuzun etibarlılıq müddətinin müraciət tarixindən etibarən ən azı bir il olmağına diqqət etməlisiniz. Bu məsələni vizanı tələb etdiyiniz ölkənin nümayəndəliyindən təsdiqləməlisniz.
Müsahibə zamanı, səlahiyyətli şəxsin suallarına düzgün cavab verməyiniz olduqca vacibdir.
Müraciət edərkən sənədlərin tam olmağına diqqət edin. Təhrif edilən və ya saxta sənədlərlə müraciət etmək qanunlara görə cinayət hesab olunur.
Viza suverenlik hüququdur. Buna görə də müraciətinizin rədd ediləcəyini əvvəlcədən qəbul edin.
Müsahibə zamanı səlahiyyətli şəxsin, haqqınızda müsbət təəssürat əldə etməsi müraciətinizin qəbul edilmə şansını artırır.
Səyahətinizi həyata keçirə bilmək üçün yetərli maliyyə imkanlarına sahib olduğunuz sənədləşdirilməlidir.
Müsahibənin məqsədi; səyahət edəcəyiniz ölkənin müvafiq orqanlarının bu ölkəyə səyahət edəcək xarici vətandaşlar üçün təyin etdiyi şərtlərə uyğun olub olmadığınızı anlamaqdır.
Heç bir yerdə işləmirsinizsə, və ya özünüzün və himayənizdə olan şəxslər varsa, həmin şəxslərin dolanışıqlarını təmin edə biləcəyiniz daimi və yetərli gəlir səviyyəsinə sahib deyilsinizsə, potensial miqrant qəbul ediləcəksiniz və bütün bu sadalananlara görə viza almaq şansınız olduqca aşağıdır. Belə bir vəziyyətdə, viza üçün müraciət etməməyiniz daha məqsədəuyğun olacaqdır.
Rədd ediləcəyinizi bildiyiniz bir tələbdən imtina etməklə həm vaxt həm də pulunuza qənaət etmiş olacaqsınız.
Bəzi ölkələr viza xərcləri ilə yanaşı, yüksək məbləğlərdə müraciət və ya prosedura xərclərini də alır. Bu şərtlər ölkələrdən asılı olaraq fərqlilik göstərir. Müvafiq nümayəndəlikdən məlumat almağınızda fayda var.

5.KİMLƏRƏ VİZA VERİLƏ BİLMƏZ?
Bir ölkəyə hansı xarici vətəndaşın səyahət edəcəyinə qərar vermək, beynəlxalq hüquqa görə həmin dövlətin suverenlik səlahiyyəti çərçivəsindədir. Bu məsələ, danılmaz əsas qaydadır. Dövlətlər ölkələrinə hansı xarici vətəndaşların gedə biləcəyini, öz milli mənfəətlərinə görə müəyyən edirlər. Hər dövlətin ölkələrinə girişinin qadağan etdiyi və ya təhlükəli hesab etdiyi ölkə siyahıları var. Eyni zamanda, qadağan olunanlar siyahısında mövcud olmayan bir xarici vətəndaşa, maliyyə cəhətdən yük təşkil edəcəyi, ictimai asayişi poza biləcəyi və dövlət səhiyyə müəssisələrində risk yarada biləcəyi səbəblərinə görə də viza verilməməyi mümkündür.

6. BİR ÖLKƏNİN VİZA MÜRACİƏTİNİ RƏDD ETMƏYƏ HÜQUQU VARMI?
Beynəlxalq hüquqda dövlətlərin milli suverenlik səlahiyyətləri əsasdır. Bu suverenliklərindən sərhədləri daxilində qüvvəyə mindirdikləri qanunlar vasitəsilə istədikləri formada istifadə edirlər. Milli suverenlik səlahiyyətləri arasında ölkələrinə hansı xaricilərin hansı şərtlərlə daxil olacağını təyin etmək də var. Viza bu məqsədə xidmət edir. Dövlətin bu səlahiyyəti beynəlxalq hüquq cəhətdən danılmaz faktdır. Dövlətlər suverenlik səlahiyyətlərini öz iradələri ilə məhdudlaşdıra bilərlər.

7.MÜRACİƏT RƏDD EDİLDİKDƏ, BU MƏSƏLƏYƏ NECƏ ETİRAZ EDƏ BİLƏRƏM?
Viza müraciətinin rədd edilməsinə etiraz, ilk öncə vizanı rədd edən nümayəndəliyə yazılı şəkildə edilməlidir. İstənilən müsbət cavab alınmadığı təqdirdə, etiraz üçün məhkəməyə müraciət oluna bilər. Ancaq vizanın rəddi üçün müraciət olunacaq məhkəmələrin sayı məhduddur. Eyni zamanda, ümumillikdə uzun vaxt aparan məhkəmə prosedurasının sonunda, məhkəmənin dövlət əleyhinə nəticələnmə ehtimalı da olduqca zəifdir. Digər mühüm məsələ, bir dövlətin qanunları viza üçün müraciət edən şəxsə məhkəmə yolunu açıq tutursa, həmin işə müvafiq dövlətin məhkəmələri baxacaqdır. Buna görə də, həmin ölkənin vəkilini tutmaq lazımdır.

8.VİZA MÜRACİƏTİ RƏDD EDİLDİKDƏ, TƏKRAR MÜRACİƏT EDƏ BİLƏRƏMMİ?
Ümumiyyətlə müvafiq ölkələr müraciət sayına məhdudiyyət qoymurlar. Ancaq, ilk müraciət şərtlərinizdə (maliyyə vəziyyətinizin yaxşılaşması, səyahət səbəbinizin fərqli olmağı kimi) dəyişiklik yoxdursa, ikinci müraciət pul və vaxt itkisinə səbəb ola bilər. Çünki, Qərb ölkələri başda olmaqla, bəzi ölkələr viza xərci və viza əməliyyat rüsumu adı altında ödədikləri məbləğləri viza tələbi rədd edilsə belə, geri qaytarmırlar.

9. VİZA ÜÇÜN MÜRACİƏT ETDİYİM NÜMAYƏNDƏLİK PASPORTUMA MÖHÜR VURUB. BUNUN MƏNASI NƏDİR?
Nümayəndəliklərin möhür vurmaları getdikcə yayılan bir proseduradır. Belə möhürlərdə daha çox nümayəndəliyin yerləşdiyi şəhərin adı və ya qısaltması ilə birgə tarix də (müraciət prosedurasının həyata keçirildiyi tarixdir) qeyd olunur. Pasportunuzdakı qeydiyyat təkrar müraciət etməyinizə mane deyil. Bu qeydiyyat digər nümayəndəliklərə edəcəyiniz müraciətlərinizin rədd ediləcəyi mənasını daşımır. Ancaq, yuxarıda bəhs olunan möhür bir Schengen ölkəsi tərəfindən pasportunuza vurulubsa, digər Schengen ölkəsinin viza müraciətinizi daha dəqiq şəkildə tədqiq etməyi mümkündür.

10.PASPORTUMDAKI MÖHÜR İNSAN HÜQUQLARININ POZULMASI DEMƏK DEYİL?
Səyahət azadlığı əsas insan hüquqlarından biridir. Ancaq, dövlətlərin ölkələrinə hansı xaricilərin gedəcəklərinə qərar vermək səlahiyyətləri tam və mübahisəsiz beynəlxalq hüquq prinsipidir. Unudulmamalı bir məsələ də, viza tətbiqinin izah olunmasından etibarən səyahət azadlığına dair məhdudiyyətin olmasıdır. Sizin, bir ölkəyə daxil ola bilməməyiniz, səyahət azadlığınızın məhdudlaşması kimi görünsə də, dövlətlərin sizin ölkələrinə daxil olub olmayacağınıza qərar vermək hüququ var. Yuxarıda haqqında bəhs olunan möhür isə əsasən, nümayəndəliyin aparılan proseduranı izləməyinə yardımcı olur. Bir pasportda, sahibinin bir ölkəyə səyahət edə biləcəyinə dair qeydiyyatlar əks olunduğu kimi, əleyhinə də məlumatlar göstərilə bilər.

11. VİZA POZUNTUSU NƏDİR?
Viza pozuntusu, aldığınız vizanın üzərində qeyd olunan müddətdən daha çox viza verən ölkədə qalmağınız və ya digər məqsədlər üçün istifadə etməyinizdir. Məsələn; bir tələbə vizası ilə işləmək və ya bir turist vizası ilə təhsil almaq pozuntu hesab alınır.

12.VİZA POZUNTUSUNA YOL VERSƏM, HANSI PROBLEMLƏRLƏ QARŞILAŞA BİLƏRƏM?
Ziyarət etdiyiniz ölkədən deportasiya ediləcəksiniz. Haqqınızda ölkəyə müntəzəm surətdə və ya müvəqqəti giriş qadağası qoyula bilər və/və ya pul cəriməsini ödəmək məcburiyyətində qala bilərsiniz.

13. SCHENGEN VİZASI NƏDİR?
Avropa Birliyi’ndə 1995-ci ildə qüvvəyə minən Schengen Müqaviləsi ilə tərəf ölkələr aralarındakı sərhəd ("daxili sərhəd’" adlandırılır) nəzarətlərini aradan qaldırdılar. Bu qaydada yaradılan Schengen bölgəsinin xarici sərhəd nəzarətlərində ortaq tətbiqetmə və qaydalar həyata keçirlmişdir. Schengen sahəsi viza, polis və qanunvericilik sistemlərindəki əməkdaşlığı əhatə edir.
Schengen’ə üzv olan ölkələr aşağıda göstərilmişdir:
Almaniya, Avstriya, Belçika, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanistan.
AB’nə üzv olmayan İsveçrə, İslandiya, Norveç və Lichtenstein da Schengen bölgəsinə daxildir.
Bir xarici vətəndaş Schengen bölgəsinə üzv olan ölkələrdən birinin vizası ilə daxil olduqda, sərbəst şəkildə səyahət edə bilər. Bununla birgə, Schengen viza rejimi qaydalarına əsasən, Schengen vizası ilk dəfə istifadə olunarkən, vizanın alındığı ölkəyə giriş etmək məcburiyyəti var. Məsələn, İtaliya’nın Nümayəndəliklərindən alınan viza ilə əvvəlcə İtaliya’ya daxilolunmalıdır. Bu çərçivədə, Schengen bölgəsinə səyahat edəcək vətandaşlarımızın vizalarını ilk giriş edəcəkləri ölkənin nümayəndəliyindən almaları məsələsi xüsusilə əhəmiyyət kəsb edir.
Schengen ölkələri ortaq Schengen Information System-SIS adı verilən bir məlumat bazasından faydalanırlar. Bu məlumat bankında, Schengen ölkələrinə daxil olacaq şəxslərlə bağlı məlumatlar başda olmaqla, digər müxtəlif informasiyalar da öz əksini tapacaq və üzv olan ölkələrin səlahiyyətli orqanlarının istifadəsinə açıq olacaqdır.


Viza Dəstəyi almaq