Keniyaya viza necə alınır?

Keniyaya viza necə alınır?Keniyaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına Keniya vizası almaq vacibdir.
Viza ödənişləri
Viza rüsumu – 60 USD
Viza dəstəyi – 59 AZN
0-12 yaş aralığında olan uşaqlar və təqaüdçülər üçün viza rüsumu tələb olunmur – pulsuz
Viza üçün tələb olunan sənədlər
Xarici passport
Gediş və dönüş biletlərinin bronu
Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
İstək məktubu
Şəkil 3.5×4.5 sm
Hazır ərizə forması
Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası
Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər
Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək
Qeyd: Passport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər inglis dilində və ya ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.
Şəklin çəkilmə qaydası
Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
3.5 sm x 4.5 sm ölçüdə olmalıdır.
Parlaq olmayan bir fonda çəkilməlidir.
Şəklin fonun tünd olmamasına diqqət edilməlidir.
Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80% – i üz nahiyəsindən ibarət olmalıdır.
Əməliyyat müddəti
Keniya vizası üçün etdiyiniz müraciətin cavabı sizə 15-25 iş günü müddətində verilir.