Filippinin viza rejimi
Filippin minlərlə adası olan ölkədir. Bu, isə o deməkdir ki, Asiya ekzotikası macəra həvəskarları üçün əsl cənnətdir. Adalar ölkəsinə hər il minlərlə dayver, kliffer, xəzinə axtaranlar, konkistador varisləri və sadəcə meqapolisin boz həyatdan yorulan turistlər axın edir. Bu ölkə rahat dincəlmək üçün hər cür şərait var: mağaralar, şəlalələr, laqun və çimərliklər. Ümumiyyətlə, Filippinin gözəlliyi hər kəsi tilsimləyir. Təbiəti, dənizi, yerli sakinləri, havası çox gözəldir və fərqlidir. Füsunkar adalar insanı rahatlaşdırır və qayıtmaq istəmirsən. Ayaqların geri qayıtmaq məcburiyyətində olsa da, bütün fikrin-zikrin, gözün oralarda qalır...
Viza rejimi
İlk növbədə Filippinin ucuz ölkə olduğunu qeyd etmək lazımdır. Bəlkə də minlərlə turistin bu ölkəyə axın etməsinin əsas səbəbi adalardakı ucuzluqdur. Gündə 50-60 dollara krallar kimi yaşamaq olar. Yeganə çətinlik təyyarə bileti ilə bağlıdır. Azərbaycandan paytaxt Manilaya birbaşa uçuş reysi mövcud deyil. Filippinə səfər üçün ən qısa və maliyyə cəhətdən sərfəli Bakı-Dubay (Azal şirkəti), Dubay-Manila (Emirates Airlines şirkəti) və eyni formada geri marşrutdur. Eyni zamanda Tayvan və Honkoqndan da uçmaq olar.
Filippinin giriş məntəqələrində xarici vətəndaşlara viza rəsmiləşdirilməsi Azərbaycan Respublikasının vətəndaşlarına şamil edilmir. Bu səbəbdən ölkəyə səfər etmək niyyətində olan Azərbaycan vətəndaşları Filippinin Türkiyədəki Səfirliyindən viza almalıdır. Viza alınması üçün zəruri sənədlərlə bağlı həmin Səfirliyə müraciət edilməlidir.
Xarici vətəndaşlar Filippindən uçarkən hava limanlarında 550 Peso aeroport vergisi ödəməlidir. Daxili uçuşlar zamanı 100 Peso ödənilir. Xarici ölkə vətəndaşları vizada göstərilmiş müddətdən artıq ölkədə qala bilməz.
- Birləşmiş Krallığa viza necə almalı?
- Viza nədir ?
- Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
- Amerikaya viza dəstəyi
- Vizasız ölkələr siyahısı
- Macarıstana necə viza almaq olar?
- Fransa vizası üçün lazım olan sənədlər
- Niyə məhz İngiltərə?
- Avstriyaya viza almağın qaydaları
- Bolqarıstana necə viza almalı?
- Çin vizası haqqında
- Yunanıstan vizası dəstəyi
- Malta vizası dəstəyi
- Taylanda səfər etmək üçün viza tələbləri
- Çexiya vizasının növləri