Finlandiyaya viza almaq üçün nə lazımdır?
Finlandiyaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına Finlandiya vizası almaq vacibdir.
Vizanın 2 növü var:
Qısamüddətli (90 günə qədər, turizm və ya işgüzar səfər)
Uzunmüddətli (90 gündən artıq, təhsil, işləmək və ya ailə birləşməsi üçün)
Viza ödənişləri
Viza rüsumu – 35 AVRO
Administrativ xərclər – 45 AZN
0-12 yaş aralığında olan uşaqlar və təqaüdçülər üçün viza rüsumu tələb olunmur – pulsuz
Viza üçün tələb olunan sənədlər
Xarici passport
Gediş və dönüş biletlərinin bronu
İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
Şəkil 3.5×4.5 sm
Hazır ərizə forması
Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası
Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər
Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək
Qeyd: Passport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər inglis dilində və ya ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.
Şəkilin çəkilmə qaydası
Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
3.5 sm x 4.5 sm ölçüdə olmalıdır.
Parlaq olmayan bir fonda çəkilməlidir.
Şəklin fonun tünd olmamasına diqqət edilməlidir.
Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80%-i üz nahiyəsindən ibarət olmalıdır.
Əməliyyat müddəti
Finlandiya vizası üçün etdiyiniz müraciətin cavabı sizə 3-14 iş günü müddətində verilir.
- Birləşmiş Krallığa viza necə almalı?
- Viza nədir ?
- Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
- Amerikaya viza dəstəyi
- Vizasız ölkələr siyahısı
- Macarıstana necə viza almaq olar?
- Fransa vizası üçün lazım olan sənədlər
- Niyə məhz İngiltərə?
- Avstriyaya viza almağın qaydaları
- Bolqarıstana necə viza almalı?
- Çin vizası haqqında
- Yunanıstan vizası dəstəyi
- Malta vizası dəstəyi
- Taylanda səfər etmək üçün viza tələbləri
- Çexiya vizasının növləri