Portuqaliyaya viza almaq üçün nə lazımdır?

Portuqaliyaya viza almaq üçün nə lazımdır?Portuqaliyaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına Portuqaliya vizası almaq vacibdir.
Vizanın 2 növü var:
Qısamüddətli (90 günə qədər)
Multiviza (90 gündən artıq)
Viza ödənişləri
Viza rüsumu - 35 AVRO
Administrativ xərclər - 26 AVRO
0-12 yaş aralığında olan uşaqlar və təqaüdçülər üçün viza rüsumu tələb olunmur - pulsuz
Viza üçün tələb olunan sənədlər
Xarici passport
Gediş və dönüş biletlərinin bronu
İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
Şəkil 3.5×4.5 sm
Hazır ərizə forması
Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası
Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər
Əgər evlisinizsə, nikah şəhadətnaməsi və bununla yanaşı, əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa, doğum haqqında şəhadətnamə
Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa, çıxarışları təqdim etmək
Qeyd: Pasport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər ingilis dilində və ya ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.
Şəkilin çəkilmə qaydası
Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
3.5 sm x 4.5 sm ölçüdə olmalıdır.
Parlaq olmayan bir fonda çəkilməlidir.
Şəkilin fonunun tünd olmamasına diqqət edilməlidir.
Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80%-i üz nahiyəsindən ibarət olmalıdır.
Əməliyyat müddəti
Portuqaliya vizası üçün etdiyiniz müraciətin cavabı sizə 3-14 iş günü müddətində verilir.