Rusiya: bizə "yaşıl işıq", digərləri üçün çətin viza alınan ölkə
Hər birimizin də bildiyi kimi müxtəlif ölkələrə səyahət etmək üçün bizə ilk gərəkli sənəd pasportumuzdur. Daha ətraflı formada bir açıqlama versək, pasport - bir ölkə hökuməti tərəfindən vətəndaşlarına verilən, ilk növbədə beynəlxalq səyahət məqsədi ilə sahibinin şəxsiyyətini və milliyətini təsdiq edən bir sənəddir. Standart pasportlarda şəxsin adı, doğulduğu yer və tarix, şəkli, imzası və şəxsin özünə aid aktual olan digər müvafiq məlumatlar ola bilər. Ancaq əlbəttə ki, hər şey sadəcə pasport əldə etməklə bitmir, hər bir ölkənin öz qaydaları və digər ölkələrin vətəndaşları üçün qoyduğu qadağalar və icazələr vardır.
Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, səyahəti sevən insanların hər zaman ən aktual məsələsi pasportlarının nə qədər güclü olmasıdır. Daha ətraflı desək, vətəndaşı olduqları ölkənin hökuməti tərəfindən onlara verilən pasport onlara hansı ölkələrə vizasız səyahət etmək imkanı verir. Bu ölkələrin sayı nə qədər çox olarsa, pasport bir o qədər "güclü" sayılır. Digər ölkələrə səyahət üçün isə müəyyən proseslərdən keçməli və viza almalısınız. Bu, bəzən çox asan, bəzən isə xüsusi ölkələr üçün (Rusiya, Şimali Koreya, İran, Pakistan, Türkmənistan və s.) çox çətin bir proses olur. Hətta bu hal-hazırda vətəndaşı olduğunuz ölkədən asılı olaraq da dəyişə bilər. Daha aydın olması üçün belə deyə bilərik ki, Azərbaycan vətəndaşları olaraq biz Rusiyaya vizasız səyahət edə bilsək də, dünyanın bir çox ölkələri üçün Rusiya ən çətin viza alınan ölkə sayılır, əsasən də Amerika Birləşmiş Ştatlarının vətəndaşları həftələrlə vaxt ala biləcək çox mərhələli proseslərdən keçməlidirlər. Bundan da başqa, əgər həmin ölkələrdə müharibə şəraitidirsə, viza almaq üçün əngəl törədən bir digər faktor da bu ola bilər. Gördüyünüz kimi, həqiqətən də qaydaları müəyyən edən bir çox fərqli faktor vardır.
- Birləşmiş Krallığa viza necə almalı?
- Viza nədir ?
- Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
- Amerikaya viza dəstəyi
- Vizasız ölkələr siyahısı
- Macarıstana necə viza almaq olar?
- Fransa vizası üçün lazım olan sənədlər
- Niyə məhz İngiltərə?
- Avstriyaya viza almağın qaydaları
- Bolqarıstana necə viza almalı?
- Çin vizası haqqında
- Yunanıstan vizası dəstəyi
- Malta vizası dəstəyi
- Taylanda səfər etmək üçün viza tələbləri
- Çexiya vizasının növləri