Viza almağın asan və çətin olduğu səfirliklər

Viza almağın asan və çətin olduğu səfirliklərAzərbaycanlıların xaricə səfərlərinin artması ölkəmizdəki səfirliklərə viza üçün müraciətləri də artırıb. Səyahət, təhsil, müalicə və sair məqsədlə xarici ölkələrə səfər edənlər ilk növbədə viza məsələsini həll etməlidirlər.
Seyyah.az-ın məlumatına görə, Azərbaycan vətəndaşları dünyanın 62  ölkəsinə (həmin ölkələrin siyahısına baxmaq üçün seyyah.az-ın "Axtarış" pəncərəsinə "Bu il Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin – SİYAHISI" yazıb axtarışa vurun) vizasız gedə bilərlər. Dünyada təqribən 200 ölkənin olduğunu  nəzərə alsaq, 140 ölkəyə getmək üçün viza almalıyıq.
Heç də bütün ölkələr vizanı eyni qayda ilə vermir. Bəzi ölkələrə viza almaq az qala avtomatik baş verir, bir sıra ölkələrin vizalarını almaq üçün isə çoxlu sayda sənədlər toplamaq və səfərin məqsədini izah edib əsaslandırmaq lazımdır. Amma bəzən heç bunlar da viza üçün kifayət etmir və müraciət edənlər imtina cavabı alırlar.
Yay aylarında səyahətlərin sayının artdığını, eləcə də, bundan sonra da azərbaycanlıların xaricə, o cümlədən Avropanın Şengen zonasına səfər edəcəklərini nəzərə alaraq səyyah.az vizaların asan və çətin verildiyi səfirlikləri araşdırıb.
Macarıstan – həm imtina verir, həm də zərərə salır
Seyyah.az-ın araşdırmalarına görə, ən çətin hesab edilən  səfirliklərdən biri Macarıstan səfirliyidir. Qeyd edək ki, Macarıstanın azərbaycanlıların arasında birdən-birə belə populyarlaşmasının əsas səbəbi "Wizz Air" şirkəti ilə Bakıdan Budapeştə ucuz  reyslərin işə düşməsidir. Nəticədə, əksər hallarda Avropaya səyahət məhz bu ölkədən başlayır və vizanı da buradan almaq lazımdır. Amma seyyah.az-ın oxucuları bildirir ki, ucuz reys bu ölkəyə səfərlə bağlı  yeganə rahatlıqdır. Belə ki, səfirlikdən viza almaq üçün çoxlu sayda sənədlər toplamaq tələb olunur. Viza almaq istəyənlər uçuş bileti, oteldə gecələməklə bağlı otel bronlarını, ölkə ərazisində və ya kənar ölkələrə səyahət edəcəkləri halda onların da biletlərini və bu kimi çoxlu sayda ödəniş sənədləri təqdim etməlidirlər. Amma hətta bu halda da bəzi vətəndaşlar vizadan imtina cavabı alırlar. Ən pisi odur ki, imtina cavabınan sonra alınmış biletləri qaytarmaq da olmur ("Wizz Air" şirkəti ucuz şirkət olduğunan ondan alınan biletlər dəyişdirilmir və qaytarılmır). Nəticədə müştəri səyahətə gedə bilməməklə yanaşı, həm də maddi zərərə düşür. Oxucularımızın bəziləri hətta ehtimal edirlər ki, Macarıstan səfirliyində bu qaydalar ölkəyə müftə pul qazandırmaq üçün tətbiq edilir.
Xəbərlərdə axtarın: Xaricə uğurla köçmək üçün - 12 QIZIL QAYDA
"Macarıstan səfirliyi səbəbsiz imtina verir", "Bu il ən çətin viza verən səfirlik Macarıstandır", "Bu səfirlik faktiki olaran bizim cibimizə girir, əvvəlcədən hər şeyn pulunun ödənilməsini tələb edirlər (biletin,hotelin və s.), amma sonda imtina verirlər, Wizzair ucuz aviaşirkət olsa da, bilet geri qaytarilmir, o da sərf eləmir"-deyə seyyahın oxucuları yazırlar.
Hərçənd bəzi oxucular Macarıstan səfirliyinin viza verməsindən razılıq edirlər. Oxuculardan biri yazır ki, viza ilə bağlı heç bir problem yaşamayıb: "Sakitcə müraciət edib viza almaq və istirahətə getmək olar. Orada 4 dəfə olmuşam, Budapeşt də gözəl şəhərdir".
Çexiya səfirliyi – düz danışın və otel bronu ləğv eğməyin
Azərbaycanlıların Avropada az qala kütləvi səyahət etdiyi ölkələrdən biri də Çexiyadır. Praqada, Karlovı-Varıda olmaq normal səyahətçi üçün adi hal sayılır. Üstəlik həmyerlilərimizdən bir hissəsi bu ölkədə əmlak sahibi də olublar. Amma ən çox imtina verən səfirliklərdən biri də Çexiya səfirliyi sayılır. Hər halda sorğuda bu səfirliyin axı ən çətin viza verənlər arasında ən çox çəkilənlərdəndir.
Xəbərlərdə axtarın: Türkiyədə tanımadığımız ucuz və əyləncəli istirahət məkanı – DİDİM, QİYMƏTLƏR
Bununla yanaşı, Çexiyanın viza qaydalarından razılıq edənlər də var. Oxucular yazır ki, Çexiya səvirliyi viza almaq üçün rahatdır amma otel bronuna çox fikir verirlər. Çexiyaya viza almağın xüsusiyyətlərindən biri budur ki, bu səfirlik müştərinin əvvəlki səfirliklərlə münasibətlərinə də fikir verir – əgər kimsə Şengenə imtina alıbsa, əksər allarda onlar da imtina verirlər. Bu baş verəməsi üçün onlara imtinanın səbəbi barədə geniş izahat vermək lazımdır. "Mən may ayında Macarıstan səfirliyindən imtina almışdım, iyunda Çexiya səfirliyinə müraciət etdim, amma buradan da imtina aldım. Konsulla görüşüb səbəbi ilə maraqlandıqda məlum oldu ki, Çexiya səfirliyinə sənədlərimi hazırlayan turist firması Macarıstan səfirliyindən aldığım imtinanı göstərməyib. 1 həftə sonra yenidən müraciət edib vizamı aldım"-deyə oxuculardan biri yazır. Oxucular bildirir ki, Çexiyaya viza üçün müraciət edəndə butün imtinaları və onların səbələrini göstərməlisən. "səmimi" oldunsa, viza veriləcək : "Çexiya səfirliyi elə-belə imtina vermir, ən xoşladığım səfirlikdir"-deyç oxuculardan biri yazır. Amma çexlər bu ölkədə hotel və hostel bronlamasına çox ciddi yanaşırlar. Viza almaq üçün otel bronlayıb sonra onu ləğv edənlər ehtiyatlı olmalıdırlar,səfirlikdə bu məsələni ciddi surətdə izləyirlər: "otel bronunun ləğv edildiyini görsələr, çağırıb, hətta verilmiş vizanı da ləğv edə bilərlər".
Almaniya – geri qayadacağını sübut etməlisən
Azərbaycanlıların bütün məqsədlər üçün ən çox üz tutduğu, viza aldığı, səfər etdiyi, bəzən gedib, geri qayıtmadığı və nəticədə son vaxtlar ən çox imtina aldığı ölkələrdən biri də Almaniyadır. Almaniya azərbaycanlılar üçün sadəcə Avropa ölkəsi deyil.  Bu ölkə nizam-intizamın qanun-qaydanın, qanunların düzgün və istisnasız işləməsinin, yüksək həyat şəraitinin, tibbi sığortanın və sair rahatlıqların olduğu ölkədir.  Bir neçə il əvvələ qədər Almaniyaya maşın alverçiləri daha çox gedirdilər indii isə təsih, müalicə və ya miqrasiya üçün gedənlərin sayı artıb. Bu da vaxtilə rahat viza qaydaları olan səfirliyi çox sərtləşməyə vadar edib. Nəticədə bu ölkəninsəfirliyi ən çox imtina verənlər arasındadır.
Xəbərlərdə axtarın: Ərəb turist: "Adambaşına gündə 150 manat xərcləyirik"
"Qonaq kimi getmək istəyirdim, dəvət sənədi+bütün sənədlər də qaydasında idi, sırf 4-cü kursu bitirmiş olduğuma görə, imtinv verdilər, qorxdular ki, birdən geri qayıtmaram" - deyə seyyah.az oxucularından biri başına gələni yazır. Bunun əsas səbəbi yuxarıda göstərildiyi kimi, ölkədən Almaniyaya qanunsuz qaçqınların olmasıdır. Nəticədə müştərilər imtina almaqla yanaşı, təyyarə bileti və hotel bronu ilə yanaşı, viza rüsumu və sığorta haqqı dəyərində də zərərə düşürlər.
Avstraliya və Yeni Zelandiya – cənnətə yol bağlıdır
Sözün əsl mənasında dünyanın o başında yerləşən real cənnətlər – Avstraliya və Yeni Zelandiya da viza almğın çətin olduğu ölkələr sırasındadır. Çox güman ki, bu ölkələrə gedənlər də azdır, əks halda imtina alanların sayı daha sox olardı. Oxucular yazır ki, Avstraliya səfirliyi çoxlu sayda sənədə tələb etsə də, onların toplanması viza almaq qarantisi deyil: "Səni bura bağlayan bütün sənədləri tələb edirlər və sonda imtina verirlər".
İtaliya – "əvvəlki Şengen vizalarını göstərin"
İtaliyaya viza almaqla bağlı vəziyyət bir qədər fərqlidir. Seyyah.az-ın keçirdiyi sorğuda İtaliyanın adı bir dəfədə olsa asan viza verilən kimi qeyd edilmir. Göstərilir ki, bu ölkə viza verərkən, müştərinin əvvəlki vizalarının olub-olmadığına fikir verir. Əgər əvvəllər müştəridə Şengen vizası olubsa, İtaliya səfirliyi də etiraz etmir. Əksinə olduqda isə imtina verilir. Başqa sözlə, İtaliya səfirliyi bu ölkəyə səyahət edənər üçün ilk Şengen vizası vermək istəmir.
Kanada – ən ehtiyatlı səfirlik
Çətin viza verilən ölkələr arasında Kanadanın adının olmaması təəccüblü olardı və doğrudan da, oxucular arasında ən çox adı çəkilən ölkələrdən biri də Kanadadır. Bu ölkə rahatlığın, sosial müdafiənin, başqa həyatın simvoludur və açığını etiraf etmək lazımdır ki, oraya səfər edənlərin əksəriyyəti bu ölkədə qalıb yaşamaqdan imtina etməzdi. Bunu Kanada səfirliyində də yaxşı bilirlər Nəticəsi – həddən artıq ehtiyatlılıq və çoxlu sayda imtinalardır. Bəzən hətta bütün sənədlərin olması da, viza alacağına qarantiya vermir.
ABŞ  - Amerika arzusunu reallaşdırmaq asan deyil
ABŞ - azərbayanlıların ən çox səyahət etdiyi ölkələrdən biri olmaqla yanaşı, həm də ən çətin viza verilənlərdən biri sayılır. Səfirlikdəki o qədər aydın olmayan (hər halda azərbayxanlıları üçün) viza verilməsi siyasəti bəzən müraciət edənlər arasında etirazlara səbəb olur. Səbəbi göstərilmədən hətta ölkədə bir neçə dəfə olmuş şəxslərə imtina verilməsi halları da var. Hətta istifadəçilərdən biri yazır ki, sənədləri toplamaq bir yana, viza müraciətinə baxılması üçün ödənilən 160 dollarlıq rüsum da adamı "yandırır".
Amma oxuculardan bəziləri ABŞ-ı vizaların asan verildiyi ölkələrdən biri kimi qeyd edir.
Böyük Britaniya – səfər etdiyiniz ilk ölkə olmayacaq
Nə qədər maraqlı olsa da, azərbaycanlıların çətin viza aldıqları ölkələr arasında Böyük Britaniyanın da adı çəkilir. Məsələ bundadır ki, Britaniya müstəqillik illərində ölkə vətəndaşlarının ən çox səyahət etdiyi və qalıb işlədiyi ölkələrdəndir. Bununla yanaşı, sorğuda oxucular bu ölkəni çətin viza verən kimi qeyd ediblər. Səbəbləri dəqiq yazılmasa da, şərhlərdən məlum olur ki, Britaniya səfirliyi də "ilk olmaq" istəmir. Yəni əgər müraicət edən şəxs başqa Avropa ölkələrində səfərdə olmayıbsa və ya ümumiyyətlə ölkədən xaricə çıxmayıbsa, çətin ki, britaniyalılar ona viza versinlər.
Fransa – Eyfel qülləsi arzusu
Viza qaydalarına birmənalı qiymət verilməyən ölkələrdən biri də Fransadır. Seyyah.az-ın oxucularının bir hissəsi səfirliyin vizanı hansı meyallarla verdiyinin başa düşülməz olduğundan şikayətlənirlər. "Fransa səfirliyinə kifayət qədər təkzib olunmayan və düzgün sənədlər təqdim edilmişdi amma onlar mənə imtina verdilər, başqa bir qız isə heç bir normal sənədi olmadığı alda viza aldı. Ürəkləri kimə istəyir, vizanı da ona verirlər"-deyə oxuculardan biri yazır.
Amma səfirlikdən razılıq edənlər də var: "Fransa səfirliyi çox yaxşıdır. Anlayışlıdırlar, bütün sənədlər qaydasında olanda rahat alırsan. Mən 4 dəfə Fransa səfirliyindən viza almışam, problemsiz"-deyə başqa bir oxucu təcrübəsini bölüşür.
Çin səfirliyi – "5-5 gəlin"
Viza ilə bağlı maraqlı qaydaları olan və buna görə də çətin təsiri bağışlayan ölkələrdən biri də Çindir. Seyyah.az-ın 100-den artıq ölkəni gəzmiş oxucularından biri yazır ki, bu ölkəyə viza oalmaq üçün hökmən qrup müraciəti lazımdır: 100-dən artıq ölkəni arxada qoyaraq deyə bilərəm ki, ən çətin olmasa da, bir az çətin olan səfirlik – Çin səfirliyidir. Belə ki, yalnız səfəri 5 adamın iştirakı ilə qrup halında sənədlər tələb edilir".
Digər ölkələr
Çətin viza verilən ölkələrdən biri Türkmənistan sayılır. Seyyah.az-ın məlumatına görə, əksər hallarda bu ölkəyə ancaq dəvətlə viza verilir. Avstriya, İsveçrə, İsrail, Cənubi Koreya, Latviya, Norvec və İrlandiya da, oxucularımız tərəfindən vizanı çətin verən ölkələrdən sayılır. Əvəzində Baltik ölkələri və Polşa asan viza verən ölkələr kimi qiymətləndirilir.
Bəzioxucularımız isə bildirir ki, ümumiyyətlə hər şey qaydasında olandan sonra bütün səfirliklərdən viza almaq olur. "Bu günə qədər Avstriya, Almaniya, Macarıstan, UK və ABS səfirliklərindən viza almışam hele ki, hec bir çətinliklə üzləşməmişəm"-deyə oxucumuz yazır.
Giriş möhürünü unutmayın
Digər mühüm məqam. Vizanı alan şəxs, hökmən həmin ölkədən giriş etməlidir. Doğrudur, Şengen vizasını alan şəxs Avropaya istənilən Şengen ölkəsindən daxil ola bilər. Amma bunu başqa ölkəən edənlər gələn dəfə viza almaqda çətinliklə üzləşəcəklər: "Haradan alırsınızsa orada mütləq giriş ve ya çıxış möhürünüz olsun, yoxsa növbəti dəfə Şengen ala bilməzsiniz, çıxış başqa ölkədən də ola bilər, amma giriş hökmən həmin ölkədən olmalıdır"-deyə oxucular seyyah.az-a bildirirlər.

070 2074843
070 2074843