Viza baryerinin məqsədi və faydası
Barbados, Antiqua və Barbuda, Sent-Vinsent - bu adları çəkilən ölkələr Azərbaycan vətəndaşlarından viza tələb etmir (biz də onlarda viza istəmirik). Ona görə də istənilən vətəndaşımız dünya xəritəsində bu ölkələrə sərbəst şəkildə vizasız gedə bilər. Bu cür ölkələrin içində Vanuatu, Haiti, Baham adaları da var. Sonuncu ölkənin adı imkanlı adamlara tanış gələ bilər, çünki dünyanın ən yaxşı yay kurortları orada yerləşir. Ancaq çətin ki, ölkəmizdən kiminsə Vanuatuya yolu düşmüş olsun. O, uzaq Avstaliyanın yaxınlığında kiçik bir ada dövlətidir, hər hansı bir özəlliyi də yoxdur.
Sərhəddə viza verənlər
Elə ölkələr də var ki, ölkəmizin vətəndaşlarına vizanı sərhəd-gömrük məntəsində verir. Məsələn, kimsə çamadanını qablayıb Şərqi Timor, Palau, Samoa, Makao, Toqo, Tuvalu və başqa bu kimi ölkələrə getsə, orada hava və ya dəniz limanında ona viza verəcəklər. Uqanda, Ruanda, Cibuti, Kabo-Verde kimi dövlətlərin ərazisinə daxil olmağımız da texniki məsələdir - onlar da vizanı bizə sərhəddə verirlər.
Əslində, bu da mühüm üstünlükdür. Çünki bunların arasında kurortları ilə məşhur, gəzməli, görməli yerləri olan ölkələr də var. Xüsusilə səyahət həvəskarları asan viza almaq imkanından yararlana bilərlər. Bu cür ölkələrin sayı 32-dir.
Viza baryerinin məqsədi və faydası
Dünyada 200-dən artıq ölkə var. Onların 140-ı bizdən xüsusi sənəd (viza) tələb edir.
Əslində, Şengen ölkələri istisna olmaqla istənilən başqa ölkənin səfirliyindən, konsulluğundan (ölkəmizdə olmasa da, regionumuzda, Türkiyə və Rusiyada yerləşən diplomatik ofisindən) viza almaq çətin deyil. Elə Şengen ölkələrindən də viza almaq dəhşətli dərəcədə də çətin olmur. Hərçənd o qədər tez və asan da başa gəlmir. Bu ölkələrə miqrant axını ifrata çatdığı və bütün hədləri keçdiyi üçün Şengen sazişinə daxil olan ayrı-ayrı ölkələr başqa dövlətlərin vətəndaşlarına viza verərkən məsələyə həssas yanaşır, araşdırma aparır, ölçüb-biçirlər. Ona görə də elə olur ki, bəzi adamlara viza verilmir. Bu işə baxanlar şübhələnir ki, adam onun ölkəsinə gedəcək və ya oradan başqa bir Şengen ölkəsinə adlayacaq və geri qayıtmayacaq. Belə hallar çox olub, ona görə də onlar ehtiyatlı davranırlar. Bəzən isə qurunun oduna yaşı da yandırırlar. Hər halda viza baryeri Avropaya axının qarşısını müəyyən qədər tormozlaya bilir.
- Birləşmiş Krallığa viza necə almalı?
- Viza nədir ?
- Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
- Amerikaya viza dəstəyi
- Vizasız ölkələr siyahısı
- Macarıstana necə viza almaq olar?
- Fransa vizası üçün lazım olan sənədlər
- Niyə məhz İngiltərə?
- Avstriyaya viza almağın qaydaları
- Bolqarıstana necə viza almalı?
- Çin vizası haqqında
- Yunanıstan vizası dəstəyi
- Malta vizası dəstəyi
- Taylanda səfər etmək üçün viza tələbləri
- Çexiya vizasının növləri