İsrailə müayinə və müalicə ilə bağlı viza almaq

İsrailə müayinə və müalicə ilə bağlı viza almaqMƏSLƏHƏT VERİLİR Kİ, SƏNƏDLƏRİ UÇUŞDAN ƏN AZI 1 AY ÖNCƏ TƏQDİM EDƏSİZ:
- İsrail Klinikasından rəsmi dəvətnamə (ivrit və ya ingilis dilində)
Mütləqdir: Dəvətnamədə Sizin klinikaya gəldiyiniz tarix (növbəniz) və qalma müddətiniz yazılmalıdır. Klinikanın və Həkimin kontaktları olmalıdır.
- Xarici Pasport (bitmə müddəti ən azı 6 ay olmalıdır) + sürəti tam vərəqdə
- Şəxsiyyət Vəsiqəsi + sürəti tam vərəqdə
- Bir ədəd rəngli şəkil 5x5 (ağ fonda)
- 41 manat (bankda ödənilir, sənədləri təqdim etdikdən sonra)
- İş yerindən arayış (arayışda vəzifəniz və əmək haqqınız barədə məlumat olmalıdır).
- Bank hesabınızdan və ya kredit kartlarından son 3 ay üzrə çıxarış.
- Biletin sifarişi
- Otelin sifarişi
- Tibbi səyahət sığortası
- Evin və ya hansı bir əmlakın çıxarışı (kupçası), texniki pasportu, müqaviləsi (+ sürəti tam vərəqdə)
- Epikrizlər (varsa)

Sənədləri təqdim etdikdən sonra, ola bilsin ki, Sizin sifariş etdiyiniz biletlərin və otelin tam rüsümünu ödəniş etməyinizi Konsülluq şəbəsi Sizdən tələb etsin.

18 yaşınа çatmayan Azərbaycan vətəndaşlarının, İsrail Dövlətinə VİZA alınması üçün,
həmin şəxslərin valideyinləri (ana və ata) şəxsən Konsülluq Şöbəsinə yaxınlaşmalıdırlar. Uşağlarının doğum haqqında şəhadətnamələrini və öz niqah (boşanma) haqqında şəhadətnamələrini təqdim etməlidirlər.

Konsulluq xidməti üçün rüsümun Bank yolu ilə köçürmə:
(Məsləhət verilir ki, ödənişi sənədləri Səfirliyyə təqdim etdikdən sonra edəsiz)

Anketləri doldurarkən mütləqdir ki, mobil nömrənizi və elektron ünvanınızı qeyd edəsiz.
Mobil nömrəniz və elektron ünvanınız olmayan halda, Siz ailə üzvlərinin mobil nömrəsini və elektron ünvanını qeyd etməlisiz.

Anketləri endirmək üçün buraya tıklayın
Нажмите здесь, чтобы загрузить анкеты

(Anketləri online doldurub çap edə bilərsiz və yaxud çap edib əllə doldura bilərsiz)

İsrailin Bakıdakı Səfirliyi:
İBAN: AZ25IBAZ39010029449414078201
VÖİN: 9900079761
ABB-nın "Abşeron" filialı:
Kodu: 805539
VÖİN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.I.F.T.: IBAZAZ2X

Sənədləri tərcümə etmədən, Azərbaycan, İngilis və Rus dillərində təqdim edə bilərsiz.
Sənədlərin baxışı 7 iş gün ərzində təşkil olunur. Sənədlərin baxışısından sonra, Sizə zənq edəcəklər və yahud Sizin elektron ünvanınıza məlumat veriləcəkdir.