Viza məsələsində stereotiplər
Belə bir düşüncə var ki, pasportunda ABŞ və Şengen vizası olanlar, bir neçə dəfə Avropaya gedib-gələnlər növbəti dəfə Şengen ərazisinə daxil olmaq istədikdə onların viza almaq şansı daha yüksək olur. Konsulluqlar bu cür adamları daha etibarlı sayır, "qalmaq fikirləri olsaydı, birinci və ya ikinci səfərlərində qalardılar" deyə məntiqi nəticələr çıxarır və onlara viza verməkdən imtina etmirlər.
Bu səbəbdən bəzi adamlar vizalı səhifələri çox olan pasportlarını dəyişmək lazım gələndə hər ehtimala qarşı köhnə pasportu özlərində saxlamaq və ya həmin səhifələri çıxarıb götürmək istəyirlər. Bunun nə vaxtsa faydalı olub-olmayacağı dəqiq deyil, hər halda belə bir düşüncə var.
Daha bir stereotip isə İrana səfər edənlərin sonradan İsrail və ABŞ vizası almaqda çətinlik çəkməsi, hətta onlara belə bir iznin heç vəchlə verilməməsinə dairdir. Ancaq əvvəlcə İrana, sonradan ABŞ-a səfər etmiş adamlar var və onlar deyirlər, sənədlərin hamısı qaydasında olandan sonra elə bir problem olmur. Ona qalsa, gərək heç bir İran vətəndaşı ABŞ-a gedə bilməyəydi. Bu ölkədə isə yüz minlərlə iranlı yaşayır və gedib-gəlirlər.
İsrailin İranla münasibətləri, yumşaq desək, dostcasına olmadığından qarşılıqlı gediş-gəlişlərə dar pəncərədən yanaşması tamamilə normaldır. Onların arasında soyuq müharibə gedir və hərdən az qala bir-birinə ballistik raket atacaqlarmış kimi bir duruma gəlirlər.
Bəs başqa ölkələrə vizasız getmək üzrə rekordçu dövlətlər hansıdır?
Müvafiq reytinqə Amerika Birləşmiş Ştatları və Böyük Britaniya başçılıq edirlər. Bu ölkələrin vətəndaşları 147 ölkəyə vizasız səyahət edə bilirlər. ABŞ və Böyük Britaniya vətəndaşı olmaq, bu ölkələrin pasportunu daşımaq kifayət edir ki, hansısa ölkəyə daxil olanda pasport-qeydiyyat pəncərəsinə yaxınlaşdıqları zaman əməkdaşlar oların üzünə gülümsəyərək "welcome" desin.
Fransa, Almaniya və Cənubi Koreya sakinləri də şanslıdırlar, onlar 145 ölkəyə vizasız səfər edə bilərlər. Bu qədim Avropa ölkələri ilə ayaq uzadan Cənubi Koreyanın nailiyyəti gerçəkdən də fenomenaldır.
Heç İtaliya və İsveç vətəndaşları da vizasız səyahət etmək xüsusunda özlərindən öncəkilərdən çox geri qalmırlar. Onların qarşısında 144 ölkənin qapıları açıqdır, Danimarka, Finlandiya, Hollandiya, Lüksemburq, Yaponiya, Sinqapur sakinlərinin 143, İsveçrə vətəndaşlarının isə 142 ölkəyə vizasız daxil olmaq imkanı var.
Hazırda əsas tendensiya budur ki, ildən-ilə viza tələb edən ölkələrin sayı azalır, vətandaşları vizasız səyahət edən ölkələrin sayı isə artır.
- Birləşmiş Krallığa viza necə almalı?
- Viza nədir ?
- Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
- Amerikaya viza dəstəyi
- Vizasız ölkələr siyahısı
- Macarıstana necə viza almaq olar?
- Fransa vizası üçün lazım olan sənədlər
- Niyə məhz İngiltərə?
- Avstriyaya viza almağın qaydaları
- Bolqarıstana necə viza almalı?
- Çin vizası haqqında
- Yunanıstan vizası dəstəyi
- Malta vizası dəstəyi
- Taylanda səfər etmək üçün viza tələbləri
- Çexiya vizasının növləri