Vizasız gedə biləcəyimiz Avropa ölkələri
Yəqin ki, çox az adam bilir ki, Avropada elə dövlətlər var ki, Azərbaycan vətəndaşları həmin ölkələrə vizasız gedə bilərlər. Həmçinin bu ölkələr turizm xidmətlərinin ucuzluğu ilə də seçilir. Ölkə vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr isə Makedoniya, Albaniya, Monteneqro, Bosniya və Herseqovinadır.
Qeyd edək ki, bu ölkələr keçmiş Yuqoslaviyanın parçalanmasından sonra yaranıb. Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşları Monteneqroya yalnız yay aylarında vizasız səfər edə bilərlər.
Azərbaycanlıların Avropada vizasız gedə biləcəkləri ölkələrə səyahət qiymətlərini təqdim edir.
Makedoniya
Paytaxt Skopyeyə səfər zamanı şəhərin müasir tikililəri ilə yanaşı, tarixi yerlər ilə də tanış olmaq olar. Belə ki, paytaxt Skopyedə Makedoniya meydanı, daş körpü, döyüşçü abidəsi, saat qülləsi – "Saat Kula"ya da tamaşa etmək mümkündür. Bundan başqa, Skopye qalası və qədim Çarşiya bazarına da tamaşa etmək olar. Skopyeyə gediş-gəliş aviabileti 800 manatdan bir qədər baha başa gələcək.
Skopyedə qonaqlamaya gəlincə isə Makedoniya paytaxtında 4 ulduzlu hotellərdə qonaqlama 110-120 manatdan başlayır. Qiymətlərə səhər yeməyi də daxildir. 2-1 ulduzlu və ya ulduzsuz hotellərdə qiymətlər bir qədər də ucuz olur. Adətən, belə mehmanxanalarda nömrədə qonaqlama qiymətləri 80-90 manata və ya bir qədər də ucuz olur.
Skopyedə qonaqlamaya gəlincə isə Makedoniya paytaxtında 4 ulduzlu hotellərdə qonaqlama 110-120 manatdan başlayır. Qiymətlərə səhər yeməyi də daxildir. 2-1 ulduzlu və ya ulduzsuz hotellərdə qiymətlər bir qədər də ucuz olur. Adətən, belə mehmanxanalarda nömrədə qonaqlama qiymətləri 80-90 manata və ya bir qədər də ucuz olur.
Bosniya və Herseqovina
Bir nəfərin iyun ayında Saraevo şəhərinə gedib-gəlməsi üçün 921 manat ödəmək lazım olacaq.
Saraevo şəhəri qərblə şərqin qovuşduğu şəhərlərdəndi. Belə ki, şəhərin şərq hissəsi Osmanlı imperiyası zamanı tikilmiş tikililərlə zəngindir. Şəhərin qərb hissəsi isə Avstriya-Macarıstan imperiyası vaxtı tikilən tarixi tikililərlə zəngindir.
Albaniya
Tirana şəhərinə gediş-gəliş bileti üçün 934 manat ödəmək lazım olacaq.
Tiranada çoxlu sayda parklar var. Bundan başqa, şəhərdə tarixi abidələrə də baş çəkmək olar. Belə ki, şəhərdə Zəngli saray, Kafedral sarayı və Süleyman Paşaya həsr olunmuş abidə var.
Məlumat üçün bildirək ki, əgər turizm şirkətlərinin birinin xidmətlərindən yararlanmaq qərarına gəlsəniz, 718 dollar ödəməklə Albaniyada 3 gecə, 4 gün istirahət etmək olar.
- Birləşmiş Krallığa viza necə almalı?
- Viza nədir ?
- Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
- Amerikaya viza dəstəyi
- Vizasız ölkələr siyahısı
- Macarıstana necə viza almaq olar?
- Fransa vizası üçün lazım olan sənədlər
- Niyə məhz İngiltərə?
- Avstriyaya viza almağın qaydaları
- Bolqarıstana necə viza almalı?
- Çin vizası haqqında
- Yunanıstan vizası dəstəyi
- Malta vizası dəstəyi
- Taylanda səfər etmək üçün viza tələbləri
- Çexiya vizasının növləri