İsrailə turist vizası almaq

İsrailə turist vizası almaqAzərbaycan vətəndaşlarının İsrail dövlətinə turistik səfər etməsi üçün turist vizası alması mütləqdir.
Viza üçün müraciət edən hər bir kəs, şəxsən Konsulluq Şöbəsinə yaxınlaşmalıdır.

MƏSLƏHƏT VERİLİR Kİ, SƏNƏDLƏRİ UÇUŞDAN ƏN AZI 1 AY ÖNCƏ TƏQDİM EDƏSİZ:
- Xarici Pasport (bitmə müddəti ən azı 6 ay olmalıdır) + sürəti tam vərəqdə.
- Şəxsiyyət Vəsiqəsi + sürəti tam vərəqdə.
- Bir ədəd rəngli şəkil 5x5 (ağ fonda).
- 41 manat (bankda ödənilir, sənədləri təqdim etdikdən sonra).
- İş yerindən arayış (arayışda vəzifəniz və əmək haqqınız barədə məlumat olmalıdır).
- Bank hesabınızdan və ya kredit kartlarından son 3 ay üzrə çıxarış.
- Biletin sifarişi.
- Otelin sifarişi.
- Tibbi səyahət sığortası
- Evin və ya hansı bir əmlakın çıxarışı (kupçası), texniki pasportu, müqaviləsi (+ sürəti tam vərəqdə)

Sənədləri təqdim etdikdən sonra, ola bilsin ki, Sizin sifariş etdiyiniz biletlərin və otelin tam rüsümünu ödəniş etməyinizi Konsülluq şəbəsi Sizdən tələb etsin.

18 yaşınа çatmayan Azərbaycan vətəndaşlarının, İsrail Dövlətinə VİZA alınması üçün,
həmin şəxslərin valideyinləri (ana və ata) şəxsən Konsülluq Şöbəsinə yaxınlaşmalıdırlar. Uşağlarının doğum haqqında şəhadətnamələrini və öz niqah (boşanma) haqqında şəhadətnamələrini təqdim etməlidirlər.

Anketləri doldurarkən mütləqdir ki, mobil nömrənizi və elektron ünvanınızı qeyd edəsiz.
Mobil nömrəniz və elektron ünvanınız olmayan halda, Siz ailə üzvlərinin mobil nömrəsini və elektron ünvanını qeyd etməlisiz.

Anketləri endirmək üçün buraya tıklayın
Нажмите здесь, чтобы загрузить анкеты

(Anketləri online doldurub çap edə bilərsiz və yaxud çap edib əllə doldura bilərsiz)
Konsulluq xidməti üçün rüsümun Bank yolu ilə köçürməsi:
(Məsləhət verilir ki, ödənişi sənədləri Səfirliyyə təqdim etdikdən sonra edəsiz)

İsrailin Bakıdakı Səfirliyi:
İBAN: AZ25IBAZ39010029449414078201
VÖİN: 9900079761
ABB-nın "Abşeron" filialı:
Kodu: 805539
VÖİN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.I.F.T.: IBAZAZ2X

Sənədləri tərcümə etmədən, Azərbaycan, İngilis və Rus dillərində təqdim edə bilərsiz.
Sənədlərin baxışı 7 iş gün ərzində təşkil olunur. Sənədlərin baxışısından sonra, Sizə zənq edəcəklər və yahud Sizin elektron ünvanınıza məlumat veriləcəkdir.

070 2074843
070 2074843