Viza Dəstəyi almaq

Şengen ölkələrinə viza alarkən diqqət edilməli məqamlar

Şengen ölkələrinə viza alarkən diqqət edilməli məqamlar- Hansı ölkə asan viza verir ?
- Hansı səfirlikdən viza almağı məsləhət görürsüz ?
- A ölkəsindən viza alıb, orda qalmayıb B ölkəsinə gedə bilərəmmi ?
- İlk girişi başqa ölkədən etsəm, problem olarmı?
Əvvəla hansı ölkəyə (və ya bir neçə ölkə) getməyi və ya harda daha çox qalmağı planlaşdırırsınızsa, həmin ölkənin səfirliyindən viza almalısınız. Vizanın giriş-çıxışını tam dəqiq və aydın şəkildə qeyd edirsiniz. Məsələn, Çexiyaya və ya Danimarkaya getmək istəyirsiz, siz giriş kimi Budapeşt və ya İtaliyanı göstərə bilərsiz, lakin viza aldığınız ölkədə çox qalmamaq şərtilə. Ancaq məqsədə uyğun olardı ki, girişi viza aldığınız ölkədən edəsiniz, çıxışı başqa ölkədən etsəniz də olar.
Digər mühüm məsələ: çalışın səfirliyə turist olduğunuzu sübut edin. Normal qaydada sənədlərinizi hazırlayın. İlk növbədə, marşrutunuzu dəqiqləşdirin, məsələn, siz Macarıstan səfirliyindən viza almısız və Budapeştə (və ya hər hansı bir şəhərinə) gedib orada 4 gün qalmağı planlayırsız, ordan isə hər hansı bir ölkəyə keçə bilərsiz (Macarıstandakı gün sayından az olmaq şərtilə və şengen sazişinə daxil olan istənilən ölkəyə). Lakin bəzi dostlar bunu bildirmək istəmir. Niyə? Nəyə görə? Burda qorxulu heç nə yoxdur. Səfirliyə qarşı hər zaman dürüst olun. 5-6 ədəd A4 verməyin, əgər bir neçə ölkəyə səfər edirsizsə. Onlar sevir ki, detallı informasiya verəsiniz.
Getdiyiniz ölkədə qalacağınız yerin Hotel və ya hostel olması fərq etməz, əsas odur sənədli-sübutlu olsun. Booking.com, Hostelsworld.com kimi saytlar etibarlıdır.
Bank hesabı məsələsinə gəldikdə isə, əvvəla aldığınız maaşa uyğun bir rəqəm göstərməyiniz daha məqbuldur və arzuolunandır. Yəni şərt deyi ki, 700 AZN maaş alıb, 1 həftə üçün 3000 AZN göstərəsiniz, 1000-1500 AZN (ölkədən asılı olaraq) göstərsəniz, kifayətdir.
- Əgər siz otel/hostel, avtobus/qatar biletlərini, təyyarə biletlərini ödəniş etmisinizsə, bank hesabında qalacağınız gün sayına görə 40-80 euro/1 gün vəsait yerləşdirməlisiniz, yox əgər bunları almamısız, bron etmisizsə, o zaman həmin xərcləri də günlük xərcinizin üzərinə əlavə etməlisiniz.
Məsələn,
70-80 euro / 1 gün Skandinaviya, Qərbi və Mərkəzi Avropa ölkələri - Fransa, Belçika, Hollandiya, Ispaniya, Avstriya, İsveçrə və s.
40-60 euro / 1 gün daha çox Şərqi Avropa və Baltikyanı ölkələr - Macarıstan, Polşa, Çexiya və s. üçün keçərlidir.


Viza Dəstəyi almaq