Viza Dəstəyi almaq

Kanadaya turist vizası almaq üçün nə etməli?

Kanadaya turist vizası almaq üçün nə etməli?"Kanada iqtisadiyyatını inkişaf etdirmək və iş yerləri yaratmaq planımızın bir hissəsi olaraq, dövlətimiz daha çox turist və iş adamlarının ölkəyə gəlməsində maraqlıdır. Kanadaya turist vizalarını çox saylı giriş-çıxışlı etməklə, rahat və tez olan seçimlərlə Kanadaya gəlmək istəyən turistlərin ehtiyaclarını daha yaxşı qarşılayacayıq"
Kris Aleksandr Kanada İmiqrasiya Naziri

Bəli, Kanadaya turist vizaları artıq avtomatik olaraq çoxsaylı giriş-çıxışlıdır (multi-entry). Əvvəllər Kanadaya turist vizası alarkən yalnız bir dəfə ölkəyə girə bilərdiniz (single entry). İndi isə Kanadaya bir dəfə getmək istəsəniz belə, vizanız avtomatik sizə icazə verir ki vizanının müddəti bitənə qədər istədiyiniz qədər ölkəyə girib çıxa biləsiniz. Normal hallarda Kanadaya sadəcə bir dəfə turist kimi getmək istəyirsinizsə, vizanızın müddəti adətən 3 aylıq olur. Əgər tez-tez gedib gəlmək fikriniz varsa uzun müddətli viza ala bilərsiniz. Uzun müddətli vizanın müddəti adətən sizin xarici pasportunuzun etibarlılıq müddəti bitənə qədər ola bilər.

Turist vizası əldə etdikdən sonra, siz Kanadaya:
1 -Tətil üçün, gəzmək üçün
2 - Dostlarınızı, qohumlarınızı ziyarət etmək
3 - Müalicə olunmaq
4 - Alış-veriş etmək
5 - Konsertlər, sərgilər və ya istənilən tədbirlərdə iştirak etmək
6 - İşləmək üçün sizi maraqlandıran şirkətlərlə canlı görüş keçirmək, potensial işlər axtarmaq və ya yeni biznes qurmaq
7 - Təhsil almaq üçün potensial universitetlər, kollecləri araşdırmaq üçün gedə bilərsiniz

Vizanı nə vaxt ala bilərsiniz?
Vizanı almaq üçün xüsusi bir vaxt yoxdur, istəyiniz zaman müraciət edə bilərsiniz və bir neçə həftə ərzində vizanızı ala bilərsiniz .

Kimlər turist vizası ala bilər?
Normal hallarda hərkəs turist vizası ala bilər, lakin viza almaq üçün Azərbaycana bağlılığınızı sübut etməlisiniz, məsələn iş yeriniz, eviniz, ailənizin olması ilə. Bundan başqa Kanada səfəriniz üçün pulunuzun olduğunu göstərməlisiniz (Kanadaya hansı məqsəd üçün getməyinizdən asılı olaraq məbləğ dəyişir)

Şirkətimiz sizə turist vizasının alınmasında yaxından köməklik göstərəcəkdir.
Necə müraciət edə bilərsiniz?
Müraciət üçün adətən, pasportunuz, şəkliniz, işləyirsinizsə iş yerindən arayışı, bank hesabınızdan çıxarış və səfərinizin məqsədinizə, yaşınıza və ailə vəziyyətinizə uyğun digər sənədlər tələb olunacaqdır. Əgər Kanadada yaşayan, yaxınınız, qohumunuz, dostunuz varsa onlardan dəvətnamə almaq da viza almaqda sizə kömək edə bilər. Kanadaya turist vizası almaq üçün müraciət etmək istəyirsinizsə xahiş olunur aşağıdakı faylı yükləyin və doldurduqdan sonra faylın içində göstərilmiş emailə göndərin.

Faylı buradan yükləyin
Vizanı hansı səfirlikdən alırsınız?
Viza almaq üçün sənədləriniz hazır olduqdan sonra Kanada dövlətinin rəsmi saytı vasitəsilə təqdim olunur və pasportunuz Ankaradakı Kanada səfirliyinə göndərilir. Səfirlikdə sizə viza vermək qərarı verilərsə, viza pasportunuza vurulur və Azərbaycana göndərilir. Viza almaq üçün Ankaraya getmirsiniz.


Viza Dəstəyi almaq