İslandiyaya viza almaq: hansı sənədlər lazımdır?

İslandiyaya viza almaq: hansı sənədlər lazımdır?Şengen vizası onu alan şəxsə bütün Şengen ərazisində hər 6 aydan bir olmaqla, 90 günə qədər olan ziyarətləri həyata keçirmək hüququ verir.
Hansı Ölkələr Şengen Ərazisindədir?
Şengen ərazisi 26 Avropa ölkələrindən ibarət, qonşu sərhədlərində Xarici Pasport yoxlanışını ləğv etmiş olan və ümumi viza siyasəti qəbul etmiş ərazidir.
Əgər vətəndaşı olduğunuz ölkənin İslandiya ilə viza tələbini ləğv etməyi nəzərdə tutan razılaşma yoxdursa və Siz İslandiyaya qısamüddətli - işgüzar səyahət, tətil, ailə və ya dosta baş çəkmək kimi səyahəti planlaşdırırsınızsa, Şengen vizasına əvvəlcədən müraciət etməyiniz tələb olunacaqdır. Bu qısamüddətli oturum vizası sadəcə 90 günə qədər oturum icazəsi verməklə, 180 günlük müddət ərzində İslandiyada və bütün digər Şengen ərazisinə daxil olan ölkələrdə etibarlıdır. 180 günlük müddətin başlama tarixi sizin İslandiyaya yaxud digər Şengen ölkəsi ərazisinə daxil olduğunuz gündür.
Şengen vizası üçün turizm, işgüzar səfərlər, ailə ziyarətləri, mədəni (elmi, idman) tədbirlərdə iştirak, təhsil (90 günə qədər), iş (90 günə qədər) ziyarətin əsas məqsədləridir.
İslandiya Turist Vizası
Əgər siz İslandiyaya 90 gündən qısa müddət üçün turizm məqsədilə getmək istəyirsinizsə, vətəndaşlığınızdan asılı olaraq sizin ilk öncə İslandiya Turist vizasını əldə etməyiniz tələb oluna bilər. İslandiya Turist vizası sizə maksimum 90 günlük, ən çoxu 180 gündən bir olmaqla, İslandiyada qalmaq və turistik fəaliyyətlərinizi həyata keçirmək imkanı verir.
İslandiya Turist Vizası üçün Tələb Olunan Sənədlər
1. Ərizə Forması
Ərizəçinin özü tərəfindən imzalanmış və tarixi qeyd olunmuş (yetkinlik yaşına çatmayanların yaşı 18-dən aşağı olduqda hər iki valideyn tərəfindən imzalanır) İngilis və ya İsland dilində tamamlanmış formada
2. Xarici Pasport
Etibarlılıq müddəti İslandiya ərazisindən giriş etdiyiniz(keçid etdiyiniz) tarixdən minumum 3 ay müddətində.
Sahibi tərəfindən imzalanmış
Müddəti 10 ildən köhnə olmamaq şərti ilə (son 10 ildə verilmiş olmalıdır)
Ən azı bir və ya iki boş "viza səhifəsi"
Pasporta\pasportla etibarlı və düzgün şəkildə vurulmuş halda zədələnməmiş şəkillər
3. İki Şəkil
Son 6 ay ərzində çəkilmiş olmalıdır
Şəkilin 70-80% hissəsini (32-26mm) əhatə edən üzün ön hissəsi
Vahid (eynicinsli) və ağ rəngli arxa fon
Aydın üz quruluşu və gözlər - saçla və ya eynəyin çərçivəsi ilə örtülməmiş halda
4. Şəxsiyyət Vəsiqəsi
Etibarlılıq müddəti İslandiya ərazisinə giriş etdiyiniz(keçid etdiyiniz) tarixdən minimum 3 ay müddətində
5. Yaşayiş İcazəsi\Viza (əgər yaşadığınız ölkə və vətəndaşlığınız fərqlidirsə)

Etibarlılıq müddəti İslandiya ərazisinə giriş etdiyiniz(keçid etdiyiniz) tarixdən minimum 3 ay müddətində
6. Çap Sənədləri
Pasportun əsas səhifəsinin surəti
Yaşayiş İcazəsi/Viza (əgər yaşadığınız ölkə və vətəndaşlığınız fərqlidirsə) tək surəti
Əvvəlki Şengen vizaların surəti
Əgər varsa, gediləcək son ölkənin vizasının surəti
7. Səyahət Marşrutu
Uçuş rezervasiyası
Tam ünvanı (adı, küçə, şəhər, Poçt Kodu, əlaqə məlumatı, bron edilmə linki) ilə etibarlı (mövcud) otelin bron edilməsi
8. İş Yerindən/Sponsordan Arayış (İşin Təsdiqi)
Arayışda olmalıdır :
Sponsor / şirkətin adı, poçt ünvanı və telefon nömrəsi
Ərizəçinin iş yeri, işə başladığı tarix və əmək haqqı barədə məlumat
İş məzuniyyətinin vaxtı (vəzifələri bərpa etmək üçün gözlənilən tarix) və səyahət məqsədi
Ticarət lisenziyasının və şirkətin mülkiyyət sənədlərinin etibarlı surəti (şəxs şirkətin sahibi olduqda)
Universitet məktubu (müraciətçi tələbədirsə)
Sponsorun məktubuna əlavə ediləcək sponsorun etibarlı pasport və yaşayış vizasının surəti (əgər varsa)
9. Maddi İmkanlarının Mövcudluğunun Təsdiqi
Səfirlik tərəfindən əlavə sənədlər tələb oluna bilər.